Neft ixrac edən ölkələr təşkilatı (OPEK) 2015-ci ildə kartelin tədarük edəcəyi neftə olan tələbatın proqnozunu 2003-cü ildən indiyədək olan ən minimal səviyyəyə endirib, təşkilatın dekabr proqnozunda deyilir.
OPEK-in məlumatına görə, tələbat sutkada 28,9 mln. barel olacaq ki, bu da əvvəl gözlənilən göstərici ilə müqayisədə sutkada 300 min barel azdır, Oxu.Az xarici mətbuata istinadən xəbər verir.
Bununla yanaşı, proqnoz güman edir ki, tələbat OPEK-in hasilat həcmindən 1,1 milyon barel az olacaq.