Bakının bir sıra yaşayış məntəqələrində su olmayacaq.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin məlumatına görə, “Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttindən birləşmənin verilməsi ilə əlaqədar dekabrın 11-də saat 00:00-dan 24 saat müddətinə Yeni Saray, Novxanı, Goradil, Pirşağı bağ massivlərinə, Mehdiabad və Digah qəsəbələrinin bir hissəsinə, Fatmayı və Kürdəxanı qəsəbələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.