OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.
Oxu.Az xəbər verir ki, Report-un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib.
Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanmışdır. Dünya bazarında neftin qiymətləri artıq 51 dollar/barel həddini keçib, lakin onun 50 dollar/bareldə tarazlıq tapması gözlənilir.
U.A.
www.oxu.az