Havaların soyuması ilə əlaqədar olaraq Bakı metrosundan istifadə edənlərin sayı artıb.
Oxu.Az abc.az-a istinadən bildirir ki, Metro İdarə rəhbərliyində yanvar ayının 1-dən fevral ayının 4-ə kimi metrodan 16,8 milyon sərnişin istifadə edib, proqnozlarda isə 16,3 milyon nəfər nəzərdə tutulub.
Bu dövr ərzində adət etmədiyimiz şaxtalı və qarlı hava şəraiti olduğundan şəhər sakinləri əsas ictimai nəqliyyat növü kimi metronu seçiblər.