2016-cı il ərzində Dövlət Neft Fondunun (SOFAZ) büdcə gəlirləri 9 milyard 410,2 milyon manat, büdcə xərcləri isə 9 milyard 22,1 milyon manat təşkil edib.
Bu barədə Oxu.Az-a SOFAZ-dan bildirilib.
2016-cı il ərzində Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 341,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 milyard 320 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 18 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil edib.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 68,8 milyon manata bərabər olub.
U.A.