Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 mlrd.121,4 mln. ABŞ dolları təşkil edib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunun 89,29%-i və yaxud 33 mlrd. 147 mln. dolları Dövlət Neft Fondu (SOFAZ), 10,71%-i və yaxud 3 mlrd. 974,4 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 mlrd. 833,4 mln. dollar və yaxud 7,09% azalıb. Son üç ayda SOFAZ-ın ehtiyatlarında 2 mlrd. 675,1 mln. dollar və yaxud 7,47%, AMB-nin ehtiyatlarında isə 158,3 mln. dollar və yaxud 3,83% azalma baş verib.
Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanın məcmu valyuta ehtiyatları 1 mlrd. 469,4 mln. dollar və yaxud 3,81% azalıb.

U.A.
www.oxu.az