“Smilecard” – adi taksit kart deyil. O, əksər analoji bank kartlarından fərqli olaraq, məhdud sayda tərəfdaşlarda deyil, bütün alqı-satqı məntəqələrində keçərlidir.
Belə ki, “Smilecard” sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS-ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır.
“Smilecard” 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında “Expressbank”ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm “cash back” (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən – “Smilecard”ı ala bilərlər.
“Smilecard”ın digər üstünlükləri sırasında – kartın pulsuz verilməsi, 4 ilədək istifadə müddəti, pulsuz SMS məlumatlandırma və s. funksiyaları sadalamaq olar.
Amma bu da son deyil.
“ExpressClub” şəbəkəsi çərçivəsində “Smilecard”la POS-terminal vasitəsilə nağdsız ödənişlər etdikdə 20%-dək “cash back” müştərilərə geri qayıdır.
Şəbəkəyə daxil olan tərəfdaşların siyahısı daim yenilənməkdə və artmaqdadır.
Tərəfdaş olmayan bütün müəssisələrdə isə “cash back” 0,3% təşkil edir.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.
Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 500-dək “ExpressPay” ödəniş terminalı var.
Daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
“Smilecard” – Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin.
U.A.
www.oxu.az