Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon manat təşkil edib.
"Report" qurumun məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azdır.
Bununla belə, büdcəyə proqnozdan əlavə, 1 milyard 53,4 milyon manat vəsait daxil olub.
Altı aylıq vergi daxilolmalarının 5 milyard 874,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə bir il əvvələ nisbətən 13% çoxdur.