Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Özəl müəssisələrə məhdudiyyətlər qoyan Agentlik barədə QƏRAR VERİLDİ
İcbari tibbi sığorta xidmətləri sahəsində rəqabətin məhdudlaşdırılması halları aradan qaldırılır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, icbari tibbi sığorta xidmətləri sahəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair yekun qərar qəbul edilib.
İşə baxılması zamanı özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən hərəkətlərə yol verildiyi müəyyən olunub.
Qərara əsasən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə icbari tibbi sığorta xidmətləri göstərmək üçün müraciət edən özəl tibb müəssisələrinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulmaması, həmin müəssisələrlə müvafiq müqavilənin bağlanması və antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan digər halların aradan qaldırılması barədə göstəriş verilib.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
- Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
- Bakıda dövlət müəssisəsinin binası hərraca çıxarılır
- Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər