Pakistanın “Pakistan LNG Limited” dövlət müəssisəsi maye qazın alınması ilə bağlı SOCAR-la danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” Pakistanın rəsmi mənbələrinə istinadən məlum yayıb.
Danışıqlar Azərbaycanla Pakistan hökumətləri arasında imzalanmış saziş çərçivəsində, ötən ilin sonunda aparılıb.
Mənbələrin məlumatına görə, Pakistan Nazirlər Kabineti “Pakistan LNG Limited”in SOCAR-dan almağa çalışdığı maye qazın qiymətinin təyin edilməsi üçün xüsusi komitə yaradıb.
Bu komitənin tərkibinə Pakistanın “Pakistan LNG Limited”, PSOCL və “Pakistan LNG Terminal Limited” kimi enerji şirkətlərinin nümayəndələri daxil edilib. Azərbaycan tərəfindən danışıqlarda SOCAR nümayəndələri iştirak edir.