Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırığın icrasına uyğun olaraq, pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır.
Bu barədə Oxu.Az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
“Fond bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.Qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanan təkliflər üzrə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə əlavə ətraflı məlumat veriləcək”.
Ülviyyə R. Əli
www.oxu.az