"Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısı xüsusi geostrateji əhəmiyyət daşıyır. İlkin mərhələdə Naxçıvandan Türkiyəyə bir giqavat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib.
O bildirib ki, hazırda optimal bağlantı və maliyyələşdirmə modeli üzrə müzakirələr davam edir:
"Birgə səylərlə bu strateji layihələrin reallaşdırılmasını sürətləndirməyi vacib hesab edirik".