Bu gün “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində Pirsaat-Hacıqabul mənzilində 3550 metr yolun əsaslı təmirinə start verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, təmir işləri beş gün davam edəcək.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlandığını və 500 metr köhnə yolun söküldüyünü bildirib.