“Vurğun Residence” premium yaşayış kompleksi bu günün və gələcəyin tələblərinə cavab verən müasir proyekti ilə söz verdiyi tarixdə mənzilləri sakinlərinə təhvil verərək daha etibarlı və keyfiyyətli premium yaşayış kompleksi adına bir daha imza atmış oldu.
Belə ki, şirkət verdiyi vədlərə sahib çıxaraq müştərilərinə bildirmiş olduğu konsept və tikinti materialları üzərindən bütün gözləntiləri qarşılamaqla özünü premium yaşayış tələblərini hədəf halına gətirmiş bir şirkət olaraq isbatladı.
PMD şirkətinin texniki direktoru Pərviz Hacıyev inşaatın mövcud halı ilə əlaqədar bü sözləri bildirdi:
“Şirkətimiz lahiyələşdirmə mövzusunda ixtisaslaşmış işçi heyəti, bitməz-tükənməz enerjisi və həyəcanı ilə şəhərin ən gözəl və mərkəzi nöqtəsində yaşanıla biləcək etibarlı, komfortlu bina inşasına hədəflənmiş, müştərilərin bütün gözlənti və ehtiyaclarını qarşılamağa səy göstərən bir şirkət olduğunu sübut etmişdir.
Şirkətin əsas məqsədi planlama və şərtnamələrə uyğun keyfiyyətli xidmət təqdim edərək müştəri gözləntilərinə sürətli şəkildə cavab verməyi bacarmaqla iş əxlaqını ən üst səviyədə tuta bilməsidir.
“Bildirmək istəyirik ki, “Vurğun Residence” yaşayış kompleksi təhvil verilmiş premium yaşayış kompleksi olaraq modern memarlığı və texnologiyanın ən üst səviyyəsində olmaqla həyata keçirilmiş PMD lahiyəsidir.
Layihə Zabitlər bağı və Bakı Dövlət Sirkinə yaxın Səməd Vurğun küçəsi 110 ünvanında yerləşən 17 mərtəbəli 4 blokdan ibarət Premium Yaşayış Kompleksi olmaqla yanaşı, kommersiya sahələrini özündə cəmləşdirir.
Kompleksdə 194 ədəd yaşayış mənzili, 4 mərtəbəli yeraltı avtodayanacaq (221 avtodayanacaq yeri), fitnes zalı, hovuz (12 x 20 m), voleybol və futbol meydançaları, uşaq əyləncə və tədris mərkəzi, daxili həyətyanı sahə, ofis və iaşə obyektləri sakinlərin istifadəsi üzrə nəzərdə tutulub.
Müştəri məmnuniyyətini ən üst səviyyədə tutmaqla “Vurğun Residence” premium yaşayış kompleksi “PAŞA Bank” vasitəsi ilə 20 il müddətinə manatla ipoteka imkanlarından faydalanmağı müştərilərinə təklif edir.
E.Ə.
www.oxu.az