Azərbaycanın Gömrük İttifaqına qoşulması ilə bağlı suala birmənalı cavab vermək çətindir.
Oxu.Az istinadən xəbər verir ki bunu SalamNews-a politoloq Elman Nəsirli deyib.
O bildirib ki, ABŞ rəsmi olaraq Azərbaycan prezidentinə seçkilərdə qazandığı qələbə münasibəti ilə hələ təbrik göndərməyib. Amma ABŞ səfiri ölkəsinin Azərbaycanla əməkdaşlığa hər zaman maraqlı olduğunu və tərəfdaşlığın geniş prespektivləri haqqında mövqe bildirib, Qarabağ münaqişəsinin həlliundə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini deyib:
“Hesab edirəm ki, Barak Obamanın təbrik edəcəyi şübhə doğurmur. Gömrük İttifaqına gəldikdə, Azərbaycan milli maraqları çərçivəsində seçim edəcək. Hər iki halda milli maraqlar təmin olunmalıdır”.