Son günlər sosial şəbəkədə şəkilləri yayılan yeni “müğənni” marağa səbəb olub.
Oxu.Az Number1.az-a istinadən xəbər verir ki, “Lila Sofi” ləqəbi ilə tanınan xanım, şou biznesə gəlməkdə iddialıdır.
Hətda bunun üçün o peşəkar fəaliyyətə başlamaq qərarına gəlib.
“Mən pis qızam” adlı albom çıxarmağa hazırlaşan “Lila” , hətda, maraqlı fotosesiya etdirib.Number1-nın əldə etdiyi videorolik də, məhs “Lila”-nın fotosesiyası zamanı çəkilib.
Özünü dünya ulduzu "Rihanna"-ya bənzədən Lilaya sosial şəbəkədə "Azərbaycanın Rihannası" adı verilib.
Ən maraqlısıda odur ki, birvaxtlar “Aygün Kazımova”nın parodiyasını edən və onunla birlikdə bir müddət işləyən “Ceyhun Məmmədov” - Lilanın prodüseri , müğənni Roza Zərgərlinin PR meneceri Kamal Bilalov isə onun meneceri vəzifəsində çalışır.
Sosial şəbəkələrdə “Lila”-nın bu hərəkətinə reaksiya müxtəlifdir - bəziləri danışıq qabiliyyətini itirirlər, kimlərsə müğənnini psixiatrın yanına dəvət edirlər, başqaları isə “dəhşətə” fikir verməməyi tövsiyyə edirlər.
Videonu sizə təqdim edirik.
www.oxu.az