Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Poylu-Ağstafa mənzilində 9 km yolun əsaslı təmirinə başlanıb - FOTO
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bu gün Poylu-Ağstafa mənzilində 9 km yolun əsaslı təmirinə start verilib.
Təmir işləri ayın sonuna davam edəcək. Əsaslı təmir işlərini həyata kecirən “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev səhər saatlarında artıq bir kilometr köhnə yolun söküldüyünü bildirib.