Nə qədər qəribə səslənsə də, “Pul götürürsən, faiz ödəmirsən” - adi reklam devizi deyil, gerçəkdir. “Expressbank”ın güzəşt müddətli “Expresso” kartı bu imkanı yaradır.
“Expresso” kartın kredit xətti ilə müştərilər 35 günədək güzəşt xidmətindən yararlana bilərlər. İstifadə edilən məbləğə növbəti ayın 5-dək faiz hesablanmır. “Expresso” kartının istifadə müddəti 48 ay təşkil edir və kart üzrə kredit xətti illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.
Bundan əlavə “Expresso” “cash back”, yığım imkanı, əlavə qazanc, sərbəst dizayn seçimi olan təmassız kartdır. Üstəlik, kart hesabını istənilən vaxt “Şəxsi kabinet” və ya “ExpressPay” ödəniş terminalları vasitəsi ilə artırmaq mümkündür. “SMS-Banking” xidməti isə tam pulsuzdur.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
E.Ə.
www.oxu.az