Bütün alış-veriş əməliyyatlarını “Expresso” kartları ilə edən “Expressbank” müştəriləri çox şanslıdırlar. Belə ki, onların kart ilə xərclədikləri vəsaitlərin bir hissəsi kartlarına geri qayıdır.
“Expressbank”ın digər plastik kartları kimi, “Expresso” kartları da “ExpressClub” layihəsində iştirak etdiyindən müştərilər hər alış-veriş edərkən 20%-dək “cash back” qazanırlar. Tərəfdaş olmayan müəssisələrdə isə “cash back” xərclənən məbləğin 0,3%-ni təşkil edir.
Bundan əlavə, “Expresso” güzəşt müddətli kredit, yığım imkanı, əlavə qazanc, sərbəst dizayn seçimi, təmassız ödəniş kimi maksimum imkanları özündə birləşdirən unikal kartdır. Üstəlik, kartın hesabını istənilən vaxt “Şəxsi kabinet” və ya “ExpressPay” ödəniş terminalları vasitəsi ilə artırmaq mümkündür. “SMS-Banking” xidməti isə tam pulsuzdur.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
E.Ə.
www.oxu.az