Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qadınlar və kişilərin maaş statistikası: Ekspertlərdən AÇIQLAMA
Azərbaycanda qadınlara kişilərdən az maaş verilib.
Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların ortaaylıq əməkhaqqı 735 manat olduğu halda, kişilər üzrə bu göstərici 31 faiz daha çox - 1 069 manat təşkil edib.
Ən böyük fərq isə peşə, elm və texniki fəaliyyət sahələrindədir. Belə ki, bu istiqamətlərdə işləyən qadınların məvacibi qarşı cinslə müqayisədə 2 dəfə az olub. Ən az fərq isə təhsil sahəsindədir. Bu sahədə kişilərə qadınlardan 14 faiz çox əməkhaqqı ödənilib.
Maraqlıdır, maaşlar cinsə görə müəyyən olunmadığı halda kişilər niyə qadınlardan çox maaş alırlar?
Sosioloq Üzeyir Şəfiyev kişilərin qadınlardan daha çox əməkhaqqı almalarının işin çətinliyi ilə bağlı olduğunu deyir:
"Əmək sahəsində "pozitiv", qadınların xeyrinə ayrı-seçkilik mövcuddur. Qadın əməyi ilə kişi əməyinin çətinliyi arasında fərqlər var. Əməkhaqqının az olması gender ayrı-seçkiliyinə görə deyil. Çətin iş şəraitinə görə kişilər qadınlardan daha çox maaş alırlar".
Kişilərlə qadınlar arasındakı maaş fərqi bütün sahələri əhatə edir. Fərqin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü ildə təsdiq edilən Qərarla qadın əməyi qadağan olunan peşə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. Üstəlik, qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olanlara aiddir.
Daha ətraflı Baku TV-nin videomaterialında: