İstehlakçıların qaz təchizatını yaxşılaşdırmaq məqsədilə Xəzər rayonu Qala qəsəbəsinə qazın verilişi bu gün saat 10:00-dan dayandırılıb.
Oxu.Az-a bu barədə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib.
“Buna səbəb isə qaz kəmərində müşahidə edilən qaz sızmasıdır. Bir-neçə saat ərzində qəsəbəyə qazın verilişi bərpa ediləcək”, - deyə o qeyd edib.
Qurum rəsmisi həmçinin bildirib ki, son bir-neçə həftədə qəsəbədə belə bir problem müşahidə edilməyib.
Qeyd edək ki, Qala qəsəbə sakinləri Oxu.Az-a bildiriblər ki, artıq bir neçə həftədir qəsəbədə qaz yoxdur.
Ülviyyə R. Əli
www.oxu.az