Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaradağ rayonunda Tullantı Mərkəzinin tikintisinə başlayacaq. Cari ilin iyul ayında mərkəzin təməlqoyma mərasimi keçiriləcək.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.
Onun sözlərinə görə, investisiya dəyəri 4 mlrd. dollar olan mərkəzin tikintisi BP şirkəti tərəfindən maliyyələşdiriləcək, SOCAR isə bu mərkəzin layihələndirmə işi ilə məşğul olacaq.
R.Hüseynzadə bildirib ki, layihənin tikinti müddəti 2 il çəkəcək. O həmçinin bildirib ki, layihənin tikintisi üçün xarici ekspertlərdən ibarət işçi qrupu artıq formalaşdırılıb.
Daha sonra vitse-prezident mərkəzin lay sularının təmizlənməsində istifadə olunacağını, gələcəkdə Sanqaçalda qurulan qurğuların Qaradağdakı mərkəzə yönəldiləcəyini və burada yeni lay su təmizləyici, nefti sudan ayıran yeni qurğuların inşa ediləcəyini vurğulayıb.