Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 17:00-dək Ağsu, saat 18:00-dək isə Tərtər və Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.