“Qazprom” və SOCAR Azərbaycanda təbii qaza artan tələbatı nəzərə alaraq Rusiya qazının idxalının artırılması imkanlarını nəzərdən keçiriblər.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən işçi görüş çərçivəsində “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miler və SOCAR prezidenti Rövnəq Abdullayev müzakirələr aparıblar.
Məlumatda deyilir ki, görüş iştirakçıları qaz sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər. Rusiya qazının Azərbaycana idxalı məsələsinə xüsusi diqqət yetirilib.
E.Ə.
www.oxu.az