Xəzərin Azərbaycan sektorunda “Qərbi Çıraq” yatağından neftin hasilatı başlayıb. 2024-cü ilədək bu yataqdan 300 milyon bareldən çox neft hasil etmək planlaşdırılır.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə bildirib.
“Qərbi Çıraq” yatağı “Chirag oil Project” (COP) layihəsinə daxildir və artıq 2015-ci ildə ümumi ehtiyatı 1 milyard ton təşkil edən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan hasilatı artırmağa imkan verəcək.
“Qərbi Çıraq” hasilat platforması dənizin 170 metr dərinliyində, fəaliyyətdə olan “Çıraq” və “Günəşli” yataqlarının hasilat platformalarının arasında quraşdırılıb.
Ümumilikdə “Chirag oil Project”in həyata keçirilməsi 6 milyard dollara başa gələ bilər.