Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qırğızıstan SOCAR ilə birgə zavodun inşasından imtina edir
Bu gün Qırğızıstanda iki mövcud və Tokmokda tikilməkdə olan üçüncü neft emalı zavodu (NEZ) mövcud tələbatı təxminən 2 dəfə ödəyir, buna görə də, yeni zavod inşa etməyə ehtiyac yoxdur.
Oxu.Az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, aprelin 20-də Qırğızıstanın baş nazirinin müavini Valeri Dil Azərbaycanla razılıq üzrə NEZ-in inşası layihəsi barədə sualı cavablandırarkən bildirib.
O, Joqorku Keneşin (qırğız parlamenti – red.) beynəlxalq işlər komitəsinin iclasında bildirib ki, neft tədarükü məsələsi həm Türkmənistan, həm də Azərbaycanla işlənilir.
V.Dil ötən həftə “Cunda” NEZ üzrə müşavirənin keçirildiyini bildirib.
“Biz gəlir əldə etmək istəyirdik, lakin 1-ci rübdə gücü 800 min ton olan zavodda cəmi 42 min ton emal edilib. Onlar xammalın, neftin olmamasını bildirirlər. Biz bu məsələ üzərində işləyirik. Mən Rusiya şirkətlərini də işə qoşmuşam, onların tərəfindən bizə böyük təklif daxil olmayıb. Biz, Gömrük İttifaqına qoşulmaqla zavodu yükləyəcəyimizə ümid edirik”, - deyə, V.Dil bildirib.
Qeyd edək ki, abc.az nəşri 12 fevral 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirova istinadla xəbər vermişdi ki, ölkəmiz Qırğızıstanda NEZ-in effektli tikintisini təmin etmək üçün üçüncü tərəfin xammalından istifadəni nəzərdə tutur:
“Bakıda bu təklifi diqqətlə nəzərdən keçirdik, bütün iqtisadi tərəfləri hesabladıq, neftin Qırğızıstanda mümkün emalının effektivliyini öyrəndik. Güman edirəm ki, biz, köhnə avadanlığımızı sökməklə orada yeni zavod tikə bilərik. Əsas məsələ neftin Qırğızıstana çatdırılması, emalı və gəlir olmasa da, heç olmasa xərcləri ödəyəcək bazar qiymətləri üzrə satılmasından gedir. Tərəfimizdən neftin Qırğızıstana nəqlinin xərclərini hesablayarkən məlum oldu ki, heç bir iqtisadiyyat zavodun işləməsi və onun səmərəli olmasını təmin edə bilməz. Biz yaxınlıqdan olan neftə - Rusiya və qazax neftinə ehtiyac duyuru”, - E.Nəsirov bildirmişdi.
NEZ-in inşası barədə razılıq Qırğızıstan prezidenti Almazbek Atambayevin 2012-ci ilin yanvarında SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşündə əldə olunmuşdu.