Qış bulvarının altında, Füzuli və Mirzəağa Əliyev küçələrinin kəsişməsində yerləşən yeni, ikiyaruslu avtomobil dayanacağında 12 saatlıq parkinqin qiymətləri dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə 1news-ın əməkdaşlarına avtodayanacağın əməkdaşları bildiriblər. Bugünkü müzakirələrdən sonra 12 saatlıq dayanacağın qiyməti 4 manatdan 2 manatadək endirilib.
Xatırladaq ki, əvvəllər aşağıdakı qiymətlər təsdiqlənmişdi: 1 saat – 50 qəpik; 24 saat – 6 manat.
Əməkdaşların sözlərinə görə, aralıq vaxtlara görə qiymətlər yaxın vaxtlarda açıqlanacaq, indi isə parkinqin rəhbərliyi müvafiq hesablamalar aparır.
Bundan başqa, Qış bulvarının altında parkinqə görə aylıq abonementin dəyəri hesablanır.
Artıq qərara alınıb ki, buraya bir bonus da daxil olacaq – sürücülər aylıq abonementə görə 1 pulsuz avtoyuma hüququ əldə edəcəklər.
www.oxu.az