"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızıl füçerslərinin qiyməti 2025-ci ilin dekabr ayı üçün çatdırılma ilə bir trua unsiyası üçün 4050 dollardan yuxarı qalxaraq, tarixi maksimumu yeniləyib.
Bu barədə Oxu.Az "Comex" ticarət platformasının məlumatlarına istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 9:05-ə olan məlumata görə, qızılın qiyməti 1 trua unsiyası üçün 4 051,8 dollar təşkil edib (+0,36%). Bakı vaxtı ilə səhər saat 9:10-da qızılın qiyməti artımını ləngidib və 1 trua unsiyası üçün 4051 dollar (+0,34%) dəyərində alqı-satqı edilib.
Nyu-York Əmtəə Birjasında qızılın qiyməti tarixi maksimuma çataraq, bir Trua unsiyası üçün 4 028 dollardan çox olub.
Oxu.Az bu barədə "Comex" ticarət platformasının məlumatlarına istinadən xəbər verir.
Bakı vaxtı ilə 06:45-ə olan məlumata görə, qiymətli metalın 25 dekabr füçersinin dəyəri bir unsiya üçün 4 028.7 dollara çatıb. Kotirovkaların artımı 0.61% təşkil edib.
Artım davam edir.

Xatırladaq ki, ötən gün qızılın maksimal qiyməti bir Trua unsiyası üçün 4000.1 ABŞ dolları olmuşdu.