Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qızılın qiymətində artım qeydə alınıb
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında tədarük üçün qızıl füçerslərinin qiyməti mayın 9-dan bəri ilk dəfə bir trua unsiyası üçün 3 350 dollardan yuxarı qalxıb.
Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilir.
Bakı vaxtı ilə saat 15:50-yə olan məlumata görə, qızılın qiyməti 1,49% artaraq, bir trua unsiyası üçün 3 350.60 dollar təşkil edib. Bakı vaxtı ilə saat 16:08-də qızılın qiyməti cüzi artımını sürətləndirərək unsiya üçün 3 355 dollara (+1,62%) çatıb.
"Qızılın qiyməti" teqi üzrə xəbərlər
Ən çox oxunanlar