Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX köçəri quşların payız miqrasiyası nəzərə alınaraq növbəti monitorinqlərinə start verib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov Oxu.Az-a bildirib.
Onun sözlərinə görə, nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, o, bildirib ki, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.
Qeyd edək ki, xidmətin rəsmisi onu da əlavə edib ki, nəticələr noyabrn 13-də açıqlanacaq.
Ülviyyə R. Əli
www.oxu.az