“Rabitəbank” rahat bankçılıq şüarı ilə müştərilərinə xoş təəccüblər yaşadır!
Artıq hər kəs rahat şəkildə “Kartmane” sahibi olacaq! Bank öz unikal məhsulundan yararlanmaq istəyən müştərilərin sağlamlığı və təhlükəsizliyi üçün çatdırılma imkanını təqdim edir. Bu gündən etibarən sifariş verilən “Kartmane” kartları, müştərilərin qeyd etdiyi ünvana “Rabitəbank” tərəfindən çatdırılacaq.
Qeyd edək ki, bankın rəsmi saytı “Rabitəbank” mobil tətbiqi ilə yanaşı, “Teleqram” və “Facebook” messencerdə “RabitəBot” üzərindən sifariş verilən “Kartmane”lərə aiddir.
(Kart sifarişi üçün: www.bit.ly/Kartmane )
Özündə çoxlu sayda üstünlükləri toplayan unikal “Kartmane” kartı ilə müştərilər fərqli cashback növlərindən birini seçə bilərlər. Bu cashback növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10%-dək, kafe və restoranlardan 5% cashback, bütün ödənişlərə 2% cashback, bütün market ödənişlərinə 5%-dək cashback – birini seçən “Kartmane” sahibi “Rabitəbank” mobil tətqibi vasitəsilə istədiyi vaxt cashback növünü dəyişə bilər.
Bununla yanaşı, müştərilər “Rabitəbank”ın durmadan artan partnyor şəbəkəsində tam 25%-ə qədər əlavə cashback qazana bilərlər. Müştərilər “Kartmane” kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək, istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.
Daha ətraflı məlumat üçün https://rabitabank.com/Kartmane linkinə daxil olaraq, tanış ola bilərsiniz.
“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank” Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.