Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə təqsirləndirilən Nicat Vəliyev və Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Oxu.Az-ın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxslər mənzilə pəncərədən daxil olublar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş N.Vəliyev və A.Cəfərov tutulub.