Rabitəbank 6 Dekabr – Rabitəçilər Günü münasibətilə Azərbaycanda endirim kampaniyasına start verdi.
Oxu.Az xəbər verir ki, yeni kampaniyanın şərtlərinə əsasən, Bankdan 2 illik kredit alan rabitəçilərə son 1 ilin kredit faizləri hədiyyə olunur.
Belə ki, rabitə sahəsində çalışanlar Rabitəbankdan istənilən məqsəd üçün 24 aylıq Nəğd Pul krediti aldığı təqdirdə son 12 ay kredit üzrə faiz ödəməyəcək. Kampaniya çərçivəsində 18 ay kredit götürən rabitəçinin faizsiz güzəşt dövrü 6 ay, 12 aylıq kredit götürənlərdə isə 3 ay təşkil edəcək. Kampaniya 30 dekabr 2013-cü il tarixinə kimi davam edəcək.
Güzəştli kredit kampaniya çərçivəsində rabitə sahəsində çalışan hər kəs, o cümlədən rabitə nazirliyi, telekommunikasiya təşkilatları, mərkəzi və regional poçtlar, internet, mobil və stasionar telefon operatorlarının işçiləri kredit ala biləcək. Güzəştli kredit götürmək istəyən rabitəçilər Bankın istənilən filialına müraciət edə bilər. Hazırda Rabitəbank-ın Bakıda 7 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcabədi, Ağsu, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir.
Əlavə məlumatı Bankın www.rabitabank.com saytından və 133 nömrəsindən əldə etmək olar.