“Premium Euro-95” və “Euro-98” benzin markaları “Euro-5” standartına uyğundur.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
O bildirib ki, ölkəyə yeni gətirilən “Premium Euro-95” və “Euro-98” benzin markalarının “Euro-5” ekoloji standartının tələblərinə uyğun olduğu barədə ona məlumat verilib:
“Euro-92” benzini isə Azərbaycanda istehsal olunur. Bu benzin də bizim hazırladığımız standarta uyğun gəlir”.