Rusiyanın Rostov vilayətində yerləşən “Platov” aeroportundan Bakıya birbaşa aviareys açılacaq.
Bu barədə Kommersant.ru Rostov vilayət qubernatorunun mətbuat xidmətinə əsasən xəbər verir.
Xəbərdə bildirilir ki, bu barədə vilayətin başçısı Vasili Qolubev Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə deyib.
“Yaxın vaxtlarda Rostov-Don və Bakı hava əlaqəsi yaradılacaq. Bu ayın sonunda başlayacaq birbaşa uçuşlar həftədə iki dəfə həyata keçiriləcək”, - deyə o bildirib.
Azərbaycanın İqtisadiyyat naziri hər iki tərəfin əlaqələrin inkişafında işgüzarlığa böyük maraq göstərdiyini və birbaşa uçuşların açılmasının bu qarşılıqlı marağı gücləndirəcəyini qeyd edib.
