“Bulla-Dəniz” yatağında baş verən qəzanın qarşısının alınması artıq son mərhələdədir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə ABŞ şirkəti əsas işləri görüb. Artıq quyunun üzəri üçün nəzərdə tutulmuş 40 tonluq kranların gətirilməsinin son işləri icra olunur.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, quyuda boru xətlərinin, lülələrin yığılması işləri yekunlaşdırılıb.
“Artıq son mərhələ olaraq 40 tonluq kranların quyunun üzərinə qoyulması mərhələsinə başlayacağıq. Bu işlərə sabah start verəcəyik. Bu, böyük və ağır iş idi”, - deyə R. Abdullayev əlavə edib.