Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoyub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Neftçilər Günü münasibəti ilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
O qeyd edib ki, SOCAR-in öz yataqlarında və xarici şirkətlərlə birgə işlənən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda azalma tempi tam aradan qaldırılıb.
R.Abdullayevin sözlərinə görə, hazırda neftin hasilat göstəriciləri hasilatın azalmasının dayandırıldığını təsdiq edir.
“İlin sonuna cüzi artım ola bilər”, - deyə o vurğulayıb.