Rusiyada dollar rubla nəzərən bahalaşıb.
Oxu.Az xəbər verir ki, Moskva birjasında dollar rubla nisbətdə 0,13 rubl yüksələrək, 68 rubl olub.
Avronun məzənnəsi isə əksinə, 0,7 rubl ucuzlaşaraq, 79,29 rubl təşkil edib.
Dolların bahalaşmasına baxmayaraq, Rusiyanın fond bazarında vəziyyət stabildir. Belə ki, Moskva birjasının indeksi 0,1% artaraq, 2318,71 olub, RTS indeksi isə 0,3% azalaraq, 1075,37 olub.