Rusiyanın neft şirkətlərinin rəhbərlərinin bu ölkənin energetika naziri Aleksandr Novakla yanvar ayının 27-də baş tutan görüşündə rus neftinin hasilatının və ixracının azaldılması imkanlarına dair konsensus əldə olunmayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə RNS mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, bazarın bəzi iştirakçıları neftin hasilatının və ixracatın azaldılmasına lobbi dəstəyi göstərirlər, lakin bu, əsasən hər bir Rusiya neft şirkətinin hasilat üzrə planlarından asılıdır.
“Kimdəsə hasilat artır, kimdəsə yox, ona görə də mövqelər də fərqlidir”, - mənbə bildirib.
Həmçinin qeyd olunur ki, Rusiyanın neft hasilatı üzrə birinciliyi əldən verməsi geosiyasi nöqteyi-nəzərdən suverenliyə də neqativ təsir edəcək.
Daha öncə Rusiyanın Energetika Nazirliyinin rəhbəri qeyd etmişdi ki, OPEK ölkələri fevral ayında təşkilata üzv və üzv olmayan ölkələrin nümayəndələrinin iştirakı ilə iclas keçirməyi planlaşdırırlar.
Lakin sonradan OPEK Rusiya ilə bu barədə danışıqlar aparılması xəbərini təkzib etdi.