Rusiyanın ən böyük özəl bankı "Otkritie Bank" müflis olub.
Oxu.Az xəbər verir ki, aktivlərinə görə ölkənin ən böyük yeddinci bankı olan "Otkritie" kredit portfelində yaranan problemlər səbəbindən maliyyə çətinlikləri ilə üzləşib.
Rusiya Mərkəzi Bankı bank sektorunda sabitliyi qorumaq məqsədi ilə "Otkrıtiye"ni sanasiya etmək qərarı verib. MB-nın bunun üçün nə qədər vəsait xərcləyəcəyi bəlli deyil. Sadəcə, o məlumdur ki, maliyyə qiymətləndirmələrindən sonra Rusiya Mərkəzi Bankı "Otkrıtiye"nin hissələrinin ən azı 75 faizini alacaq.
Bu günə qədər Rusiyanın ən böyük bank qurtarma əməliyyatı 2011-ci ildə reallaşıb. O dövrdə Mərkəzi Bank ölkənin beşinci ən böyük bankı - "Moskva Bankı" xilas etmək üçün 6,7 milyard dollar xərcləyib.
2016-cı ilədək Rusiyada 400 şöbəsi olan "Otkritie Bank" 29,000 korporativ, 3,4 milyon fərdi müştəriyə malikdir.
L.Ə.