Həcmli soyuducu hər bir xanımın istəyidir. Lakin həcm artdıqca, cihazın ölçüləri də artır və arzularınızın modeli daha sizin yığcam mətbəxinizin sahəsinə uyğun gəlmir. "Samsung" xanımların bu istəyini nəzərə alaraq, yeni "RB33" modelini təqdim edir. Bu soyuducularda ümumi saxlama həcmi 300 litrdən artıqdır. Belə ki, "RB33"-də istilik keçirməyən material sayəsində sərfəli həcm genişləndirilərək, əvvəlki ölçülər qorunub saxlanılıb.
Yeni saxlanc təşkili və rahatlığı soyuducunun yerləşdirilmə sahəsini səmərəli istifadə etməyə kömək edir. "RB33" bir neçə funksional rəf və tutumlu qapı rəfləri ilə təchiz olunub. Buna misal olaraq, bu modeldə önə çəkilə bilən "Easy Slide" rəfi nəzərdə tutulub, ki əsas kameranın hətta ən dərin hissəsinə belə rahat çata biləcəksiniz və istənilən məhsulu asanlıqla götürə biləcəksiniz. Həmçinin, burada yığıla bilən rəf də nəzərdə tutulub ki, bu rəfi lazım gəldikdə, tam şəkildə yığaraq, böyük qazan və saxlama qabları yerləşdirmək olar. Saxlanma rahatlığı üçün soyuducu aşağı buzluqla təchiz olunub. Daha çox istifadə olunan əsas kamera indi hər an əlinizin altında olacaq və istənilən məhsulu tapmaq üçün daha əyilməyə ehtiyac qalmayacaq.
Buzluq praktik təşkil edilib, burada məhsulların yerləşdirilməsi üçün rəflər nəzərdə tutulub. Burada siz eyni anda həm balıq, həm də dondurulmuş giləmeyvə saxlaya bilərsiniz. Unikal çəkməcə sistemi qoxunun qarışmasının qarşısını alır. Ən əsası isə bütün saxlama çəkməcələri tam şəkildə çəkilir və siz asanlıqda hətta böyük həcmli məhsulları buraya yerləşdirə və çıxara bilərsiniz.
İndi sizə soyuducunun donunu açmaq lazım gəlməyəcək! "Samsung RB33" No Frost texnologiyası ilə təchiz olunub. Bu texnologiya cihazın divarlarında hətta nazik buz qatının yaranmasının qarşısını alır və kameranın bütöv sahəsində daimi temperaturu qoruyub saxlayır. Buna əlavə olaraq, bu sistem işləmə kamerasının soyudulmasını iki dəfə sürətləndirir. Həmçinin, bu modellərdə digital inverter texnologiyasından istifadə edilir. Belə texnologiya kompressorun sürətini soyudulmanın bütün 7 səviyyəsində tənzim edir. İnverter mühərriki axarlı və bir vəzndə işləyərək, az enerji sərf edir. Yəni, çoxlu elektrik enerjisi tələb edən, qəfil sönmə-yanma baş vermir. "Samsung" kampaniyasının araşdırmasının nəticələri göstərir ki, bu texnologiya enerji sərfiyyatını 24% azaldır.
Həmçinin, "RB33" modellərində "Tətil" rejimi nəzərdə tutulub. Uzaq səfərə çıxarkən və ya bağa köçərkən, siz məhsullarınızın korlanmayacağından əmin ola bilərsiniz. Bunun üçün, sadəcə, "Tətil" rejimindən istifadə etmək kifayətdir. Bu rejimdə əsas kamera söndürülərək, ancaq buzluq işə salınır. Əgər əsas kamera işləmirsə, demək, soyuducu da az enerji istifadə edir, nəticədə siz elektrik enerjisi ödənişlərinizə qənaət edirsiniz. Pullarınızı elektrik enerjisinə deyil, istirahətinizə xərcləyin!
Digital Inverter mühərriki ilə təchiz olunmuş "Samsung RB33" soyuducuları haqqında ətraflı məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az və Optimal rəsmi mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.