İyulun 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nardaran”, “Bolqarıstan”, “Maştağa” və “Albalı”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Semzavod” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Azəriqaz” İB-dən Oxu.Az-a verilən məlumata görə, təmir müddətində Qazax rayonunun Qazaxbəyli, Aşağı Salahlı, Orta Salahlı, Daş Salahlı və Kosalar kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Qurumun məlumatına görə, aparılan işlərin Sabunçu rayonunun Maştağa, Nardaran və Xəzər rayonunun Albalı qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Ülviyyə R. Əli
www.oxu.az