Sabah Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərində qaz olmayacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
“Azəriqaz” bildirib ki, avqustun 28-də saat 10:00-dan 18:00-dək Qazax magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq.
Qeyd edək ki, qaz təchizatında məhdudiyyətin yaranmasına səbəb adıçəkilən qaz kəmərləri sahəsində aparılan təmir işləri ilə bağlıdır.
Ülviyyə R. Əli
www.oxu.az