Dekabrın 19-da “Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin “Xarxatan” Qazpaylama Stansiyasında təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.
Saat 12:00-dan 17:00-dək Lənkəran rayonunun Liman qəsəbəsinin, o cümlədən, Xarxatan, Dilman, Separadi, Şağlaser və Boladi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
www.oxu.az