27-28 yanvar 2015-ci il tarixlərində Lənkəran şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Xanbulançay su anbarında təmir və yenidənqurma işləri aparıldığına görə, adıçəkilən şəhərdə iki gün su olmayacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.