Mart ayından “Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbulun Sabiha Gökçən hava limanından qarşılıqlı olaraq Heydər Əliyev Hava Limanına uçuşlar həyata keçirəcək.
Oxu.Az-ın “Türk Hava Yolları”nın yaydığı məlumata istinadən verdiyi xəbərə görə, şirkət uçuşlara cari ilin mart ayının 15-dən etibarən başlayacaq.
Qeyd edək ki, aviareyslər həftənin bütün günləri həyata keçiriləcək. Biletin qiyməti vergilər daxil olmaqla 275 avrodan başlayır.
E.Ə.
www.oxu.az