“Keyfiyyətə vurğunuq” şüarı ilə yaxın günlərdə qapılarını alıcıların istifadəsinə verəcək nəfis şərq stilində dizayn olunmuş “Xurcun” butiki müştəriləri yeni və orqanik quru meyvə, fərqli xurma, min bir dərdin dərmanı və dadından doymadığımız çərəz və s. dadlarla tanış edəcək.
Butikin divarlarından asılmış və milli dəyərimiz olan xalçaları, butikin simvolu sayılan xurcunu görər-görməz özünüzü qədim nağıllar aləmində hiss edəcəksiniz...
Çərəz bir qayda olaraq sağlamlığının və ağız dadının qayğısına qalan insanların seçimidir.
Bu gün başda “Tanrıların qidası” hesab edilən xurma olmaqla, nəfis şərq təamlarından dadmaq üçün uzaq Şərq ölkələrinə səfər etməyiniz vacib deyil.
“Xurcun” butiki böyük məmnuniyyətlə yerli müştərilərə bu fürsəti təqdim edir.
Belə ki, yalnız bu ünvanda heç bir kimyəvi qatqısı olmayan, şəkərsiz və sağlamlığınızın keşiyində dayanacaq təbii şəraitdə qurudulmuş istədiyiniz orqanik quru meyvə növü tapa biləcəksiniz.
“Xurcun”da heç dadmadığınız xurma növlərinə də rast gələcəksiniz.
Məhz bu butikdə alıcılara zərif şirin dada malik Sukkari, Sofri, Mecol ərəb şeyxlərinin üstünlük verdiyi Acvə və ya Peyğəmbər xurması kimi məşhur olan və çəyirdəkləri rahat çıxarılan xurma növləri ilə bərabər, Səfəvi, Soqay xurmaları, o cümlədən, tumsuz xurmalar da əldə edə bilərsiniz.
Yalnız “Xurcun”da müştərilərə təklif olunan qırmızılım çayı, ətiri insanı heyrətə gətirən jasmin, melisa, ədviyyəli və sadə çobanyastığı, pəmbə və ihlamur çayları, daha çox müalicə məqsədilə içilən və müxtəlif quru meyvələrin qarışığından olan çay bədəniniz və ruhunuz üçün əsl məlhəm olacaq.
Burada, həmçinin, növbənöv ədviyyatlar da əldə edə biləcəksiniz.
“Xurcun” butiki yerli müştərini daha bir fərqliliklə tanış edir, ilk dəfə məhz bu butikdə alıcı çərəzləri isti-isti dadacaq, bununla da əsl çərəz keyfini yaşayacaq!
Toy-nişan, ad günü, xınayaxdı, o cümlədən, Ramazan bayramı, Novruz, Yeni il və digər bayramlarımızda həyatınıza rəng qatacaq “Xurcun” təamlarını zövqünüzə və istəyinizə uyğun olaraq qeyri-adi nəfis tərtibatlı hədiyyəlik paketlərdə əldə edəcəksiniz.
Ümid edirik ki, həyatınızın mühüm parçası olan xoş günlərdə yalnız bizi seçəcəksiniz, çünki “Xurcun”un əsas şüarı, yüksək keyfiyyət və yüksək xidmətdir!
İlk butikimizin ünvanı: Bakı şəhəri, Azadlıq pr. 82 A
Bizi sosial şəbəkələrdə də izləyin:
Facebook: Xurcun_Official
İnstagram: @Xurcun official