"2026-cı ilin dövlət büdcəsində xam neftin 1 barelinin ixrac qiyməti 65 ABŞ dollar nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 81.5 milyard dollar təşkil edir ki, bu da xarici dövlət borcunu təqribən 17 dəfə üstələyir:
"2026-cı il üçün Neft Fondunun gəlir və xərcləri də balanslaşdırılıb və fondun rezervlərinin azalması proqnozlaşdırılmır. Dövlət Neft Fondundan gələn ilin büdcəsinə ediləcək təxminən 1 milyard dollar (1 milyard 650 milyon manat) daha az vəsait transfert ediləcək. 2029-cu ilə kimi transfertlərin məbləği 1.55 milyard dollar azaldılaraq 6 milyard dollara çatdırılması nəzərdə tutulub".
Mərahim Nəsib