Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sahil Babayev: "Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb"
"Dövlət maliyyəsinin daha səmərəli idarəolunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir əlavə edib ki, islahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, optimallaşması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesində tətbiqi imkanları təmin olunacaq:
"Bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha baxılacaq".
Mərahim Nəsib
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Nazir: "Maliyyə Nazirliyinin 66 əməkdaşı "Yüksəliş" müsabiqəsində iştirak edib - bir finalçımız var"
- Əli Əsədov nazirlərin məruzəsini dinlədi
- Sahil Babayev: "Tiblə bağlı vəsaitlərin səmərəli xərclənməsi üçün təkmilləşdirmələr aparılır"
- İpoteka kreditlərinin 78 faizi Bakı şəhərinin payına düşür
- Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM