Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şahin Mustafayev: “Azərbaycan ərazisi ilə tranzit yükdaşımaları 47% artıb”
Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub.
“Report” xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə bildirib.
“Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Ölkələrimiz arasında sıx tarixi əlaqələr, ortaq mədəni dəyərlər mövcuddur. Azərbaycan hər iki ölkə ilə strateji münasibətlərin, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlıdır. O cümlədən, ölkələrimizin iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ən böyük nəqliyyat əməkdaşlığı layihələrindən biridir. Bu dəhliz iqtisadi səmərəliliyinə, böyük həcmdə yük daşınması imkanlarına, vaxt və təhlükəsizlik baxımından çox böyük əhəmiyyət kəsb edir. Onunla daşımaların artırılması üçün geniş imkanlar mövcuddur”, - deyə hökumət rəsmisi qeyd edib.
"İran" teqi üzrə xəbərlər
- Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
- İranda rusiyalı sürücü öldürülüb
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi